Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/29/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakıda Ukrayna Kino Günləri keçirilir

Ukrayna Kino Günləri

Bakıda “Ukrayna mədəniyyətinin yeni üfüqləri” layihəsi çərçivəsində Ukrayna Kino Günləri keçirilir.

Baki-baku.az Teleqraf.com-a istinadən xəbər verir ki, dekabrın 1-dək davam edəcək tədbir çərçivəsində səkkiz film nümayiş olunacaq.

Tədbirin xüsusi qonaqları ukraynalı aktyor və rejissor Ahtem Seitablayev, həmçinin Ukrayna Kinematoqrafçılar Milli İttifaqının sədri Sergey Borodenyuk olub.

Rəsmi açılış mərasimində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev çıxış edib: “Biz Ukrayna kinematoqrafiyasının müharibə şəraitində necə inkişaf etdiyini nümayiş etdirməyə şadıq”.

Y.Qusev, həmçinin qeyd edib ki, bu yaxınlarda Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirilib, buna görə də Azərbaycanda Ukrayna Kino Günlərinin keçirilməsi ölkələr arasında mədəni körpülər qurmağa imkan verir.

Eyni zamanda, səfir Azərbaycana Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib.

Açılış çərçivəsində azərbaycanlı aktyor Novruz Paşayevin Ukrayna kinematoqrafiyasının ən yüksək mükafatı olan “Qızıl Yula” ilə təltif edilməsi mərasimi keçirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

GÜNDƏM

Bakıda Novruz bayramına hazırlıq işləri yekunlaşıb.

GÜNDƏM

Bakıda Novruz bayramına hazırlıq işləri yekunlaşıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin