Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/26/2024

Paylaşın

MEMARLIQ

BAKIDA TEATR BİNALARI – 2-ci hissə

Teatr, Haşımovun evi

2-ci hissə

Haşımovun evi

Gənclər meydanında Qoşa qala qapısına yaxın olan bina. Milyonçu Hacibaba Haşımovun evi olub. Bir vaxtlar Siyasi Maarif Evi adlanırdı. Hazırda Konustutsiya məhkəməsi bu binada yerləşir.

Dənizçilər evi

Daha çox rus dilində “Morskoye sobraniye” kimi təqdim olunub. Xaqani küçəsi ilə Bülbül prospektinin kəsişdiyi tində, bağla üzbə-üz binanın birinci mərtəbəsində olub. Hazırda burada Bakı Dənizçilər Klubu yerləşir. Binaya giriş Bülbül prospektindən olub. Afişalarda Bəhriyyə klubu kimi də yazılıb.

Dənizçilər evi əvvəllər “Nəciblər klubu”nda və çox az müddətə müxtəlif binalarda yerləşib.

Teatr , Dənizçilər klubu

Nikitin qardaşları sirki

Opera teatrının fasad qapısı ilə Bülbül prospektinin arasında, həmin sırada olub. Yanandan sonra keçmiş 26-lar bağının (Mirzə Fətəli Axundzadə adına Mərkəzi Respublika Kitabxanasının həndəvərində) yanında taxta binada yerləşib.

Teatr, Nikitin qardaşları sirki

Pelmel teatrı

“Pelmel” həftəbecər kimi qəbul olunub. Milyonçu Hacıbaba Haşımovun oğlu Yaponiyada xoşuna gələn kazino binasını Bakıda, indiki Azərbaycan Dövlət Rus Dram Teatrı binasının (Xaqani küçəsi) daş və taxta materialdan tikdirib. Burada kazino ilə yanaşı,  müəyyən günlərdə konsertlər verilib, musiqili-əyləncəli proqramlar göstərilib, tamaşalar oynanılıb. “Pelmel” teatrı binasında əsasən rus və digər əcnəbi millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış edib. Bu bina “Mikado” teatrı kimi də tanınıb.

Teatr

1-ci hissəyə keçid

Müəllif: İlham Rəhimli

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

O, sakitcə yaxınlaşır – səhər qəhvəsi içərkən, işdə gələn saysız-hesabsız e-poçtlar arasında, yaxud bitib-tükənməyən “deadline” yarışında.

Ən son

HƏR ŞEYDƏN

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib

HƏR ŞEYDƏN

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin