Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/11/2025

Paylaşın

GÜNDƏM

Bakıda tarix-memarlıq abidəsinə müdaxilə aşkarlanıb, qarşısı alınıb

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41 ünvanında yerləşən 3031 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə müdaxilə olunduğu aşkar edilib.
Baki-baku.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman tarixi tikilinin birinci mərtəbəsində qanunsuz təmir işlərinin aparıldığı müəyyənləşib.
Aparılan icazəsiz təmir işləri sakinlərin də narazılığına səbəb olub.
“Bir daha bütün vətəndaşları, əlaqədar təşkilatları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik”, – Dövlət Xidmətindən vurğulanıb.
Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

Ən son

İdman

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" klubları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III

İdman

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" klubları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin