Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/30/2025

Paylaşın

İQTİSADİYYAT

Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb

ticarət dövriyyəsinin həcmi, Bakı şəhər Statistika İdarəsi

Bu ilin yanvar-may aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 13 milyard 761,5 milyon manat olub.
Bu barədə Baki-baku.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin 5 ayı ilə müqayisədə 4,7 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 5,7 % artaraq 7 milyard 508,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,8 % artaraq 6 milyard 253,4 milyon manat olub.
Əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,5 %, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3 % artıb.
İstehlak məhsullarının 39,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,6 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 milyard 341,3 milyon manatlıq, o cümlədən 13 milyard 73,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 267,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 %, qeyri-ərzaq malları üzrə 6,5 % artıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib.

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

GÜNDƏM

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin