Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/19/2025

Paylaşın

GÜNDƏM

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

Dekabrın 20-30-da Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası keçiriləcək.
Baki-baku.az nazirliyə istinadən xəbər verir ki, yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.
Məlumata əsasən, yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxaracaq. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə bilərlər.
Fermerlər yarmarkada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında fəaliyyət göstərəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz

Ən son

İQTİSADİYYAT

Baki-baku.az xəbər verir ki, elə bir şəraitdə Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan beynəlxalq logistika xəritəsində

İQTİSADİYYAT

Baki-baku.az xəbər verir ki, elə bir şəraitdə Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan beynəlxalq logistika xəritəsində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin