Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/05/2025

Paylaşın

GÜNDƏM

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

IMG-20250205-WA0015

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fevralın 8-9-da Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Baki-baku.az-a bildirilib ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada, ümumilikdə, 20 regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. İki gün müddətində saat 9:00-dan 19:00-dək təşkil olunacaq yarmarkada fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Ən son

GÜNDƏM

Bakıda 17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya

GÜNDƏM

Bakıda 17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin