Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/07/2025

Paylaşın

GÜNDƏM

Bakıda bəzi yollarda işıqforların vaxt planı dəyişdirilib

IMG-20250207-WA0225

Bakıda bəzi yollarda təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün işıqforların vaxt planı dəyişdirilib.
Baki-baku.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı.

NİİM-in əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə işıqforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.

Qeyd edək ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra işıqforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İsrail Prezidenti İsxak Hersoq dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Ən son

GÜNDƏM

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Baki-baku.az-a verilən məlumata görə, idarənin tabeliyindəki 182 təhsil müəssisəsində

GÜNDƏM

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Baki-baku.az-a verilən məlumata görə, idarənin tabeliyindəki 182 təhsil müəssisəsində
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin