Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/02/2026

Paylaşın

GÜNDƏM

Bakıda bir sıra müəssisələrdə idman qidalarının qanunsuz satışı halları aşkarlanıb

WhatsApp Image 2026-04-02 at 12.47.53

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb.
Agentlikdən Baki-baku.az-a bildirilib ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Əfqan Ruslan oğluna məxsus “Wolf Fitness” idman zalında arıqlamaq məqsədilə qəbul edilən “L-Carnitine 2000 caffeine” əmtəə nişanlı, Sabunçu rayonu, Bakıxanov ştq, Sülh küçəsi 14/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramov Fuad Fəqan oğluna məxsus “Arslan” fitnes zalında isə “Gold Standart Whey”, “C4-Pre Workout”, “Argipower 120 cephl” əmtəə nişanlı idman qida məhsullarının müvafiq icazə sənədi olmadan qanunsuz şəkildə satışının həyata keçirildiyi aşkarlanıb. Həmin məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.
Monitorinq zamanı həmçinin “İRON MAXX”, “Whey.az”, “Protein Shop” mağazalarında, “Qol güləşi idman kompleksi”ndə, “Wolf Fitness”, “Just FİT”, “Arslan Fitnes” və “Adrenaline” idman zallarında üzərində Azərbaycan dilində etiket məlumatları olmayan idman qida məhsulları aşkar edilib ki, həmin məhsullar da satışdan kənarlaşdırılaraq etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.
Monitorinqlər davam etdirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya

Ən son

GÜNDƏM

Bakının Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılaraq

GÜNDƏM

Bakının Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılaraq
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin