Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/16/2025

Paylaşın

GÜNDƏM

Bakıda 92 marşrut üzrə avtobusların hərəkətində ləngimələr müşahidə olunur

Bakıda intensiv yağış nəticəsində bəzi yollarda nəqliyyatın hərəkətində müvəqqəti çətinliklər yaranıb, 16 küçə və prospektdəki tunel və yollarda su yığılması səbəbindən 92 marşrut üzrə avtobusların hərəkətində ləngimələr müşahidə olunur.
Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi (tunel), Müzəffər Nərimanov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsi, tunel), Xəlil Rza Ulutürk küçəsi (metronun “Ulduz” stansiyası istiqamətində), Sabunçu dairəsi (Sabunçu bazarının yanı), Asif Əsədullayev küçəsi (Sabunçu qəsəbəsi, tunel), Binə, Qala, Mərdəkan, Şüvəlan qəsəbələrindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zabrat dairəsi, Polad Həşimov küçəsi, Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “Çermet” körpüsünədək, Qara Qarayev və Babək prospektləri, Rüstəm Rüstəmov küçəsi, Gəncə prospekti (hər iki istiqamətdə), Binəqədi və Bakı-Sumqayıt şoselərində marşrut avtobuslarının hərəkəti çətinləşib.
Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilərək alternativ yollarla təşkil edilib.
Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi və məhdudiyyətlər olduğu üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, один из самых титулованных клубов Португалии, «Бенфика»

Ən son

HƏR ŞEYDƏN

Baki-baku.az “Science Alert”ə istinadən bildirir ki, təxminən 12 min il əvvəl 35 yaşlı bir kişi

HƏR ŞEYDƏN

Baki-baku.az “Science Alert”ə istinadən bildirir ki, təxminən 12 min il əvvəl 35 yaşlı bir kişi
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin