Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/01/2026

Paylaşın

GÜNDƏM

Bakıda 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

WhatsApp Image 2026-05-01 at 18.02.36

“Bakı Marafonu 2026” tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, dəyişikliyə əsasən,1 nömrəli marşrutun (“Neftçilər” m/st istiqaməti) və H1 nömrəli marşrutun (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) fəaliyyəti Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.
2 nömrəli marşrut Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Əhməd bəy Ağaoğlu küçəsi – Təbriz küçəsi – Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.
4, 10 və 88A nömrəli marşrutların son dayanacaq məntəqələri Dilarə Əliyeva və 28 May küçələri (Səməd Vurğun bağı) olmaqla təşkil ediləcək. Marşrutlar Bakı Ağ Şəhərə daxil olmayacağından qismən fəaliyyət göstərəcək.
7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutların fəaliyyəti Ziya Bünyadov prospektinin əsas hərəkət hissəsi (yol ötürücü) ilə təşkil ediləcək.
13 və M8 nömrəli marşrutların fəaliyyəti Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.
20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E nömrəli marşrutların son dayanacaq məntəqələri Xocalı prospektində (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək. Bu marşrutlar “28 May” NMM və “Sədərək” ticarət mərkəzinə daxil olmayacağından qismən fəaliyyət göstərəcək. 20, 21 və 32 nömrəli müntəzəm marşrutlar Bakı Ağ Şəhər daxil olmaqla son dayanacaq məntəqələri Xocalı prospekti (“Şah İsmayıl Xətai” m/st) təşkil ediləcək.
36, 145 və 184 nömrəli marşrutların son dayanacaq məntəqəsi Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində (“Koroğlu” m/st) təşkil ediləcək.
38 nömrəli marşrut başlanğıc dayanacaq məntəqəsi Səməd Vurğun küçəsi, son dayanacaq məntəqəsi isə Ağa Nemətulla küçəsi olmaqla fəaliyyət göstərəcək. Marşrut Keşlə qəsəbəsinə daxil olmayacağından qismən işləyəcək.
125 nömrəli marşrutun fəaliyyəti (“28 May” NMM istiqaməti) Rəşid Behbudov küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Azadlıq prospekti ilə təşkil ediləcək.
177 nömrəli marşrut son dayanacaq məntəqəsi Bilgəh-Pirşağı yolu (“Ləhic bağları” ərazisi) olmaqla fəaliyyət göstərəcək.
E1 nömrəli marşrutun fəaliyyəti Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti (əsas hərəkət hissəsi) ilə təşkil ediləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Rəqəmsal mühitdə gözlənilməz

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin