Bakı ərazisində və şəhər ətrafında küçə və yolların təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər icra olunub
Baki-baku.az 1news.az-a istinadən xəbər verir ki, bu çərçivədə 27 ünvanda (küçə,prospekt və yol) təmir işləri sürətlə və keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb:
– 8 Noyabr prospekti
– Mətbuat prospekti
– Parlament prospekti (Mehdi Hüseyn küçəsindən M.Müşfiq küçəsinədək)
– Nərimanov rayonu, Atatürk prospekti
– Azadlıq prospekti (Cəfər Xəndan küçəsindən Koveriçkin küçəsinədək)
– Həsənbəy Zərdabi küçəsi
– Əhməd Rəcəbli küçəsi (C. Xəndan küç.-Z.Bünyadov pr.-Ak.Həsən Əliyev küç.-Təbriz küç.)
– Mikayıl Müşfiq küçəsi (Mətbuat pr.-İ.Qutqaşınlı küç., “Qurd” qapısı-Bakı Şəhər DYP İdarəsinədək)
– Nizami küçəsi (R.Behbudov küç.-K.Səfərəliyeva küç., Azərbaycan pr.-S.Rüstəmov küç.)
– Səbail rayonu, Teymur Elçin küçəsi
– Səbail rayonu, Mehdi Hüseyn küçəsi
– Xaqani küçəsi (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinədək)
– Əhmədbəy Ağaoğlu küçəsi (F.X.Xoyski küçəsindən Xətai prospektinədək)
– Zərifə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küç-dən Aleksandr Puşkin küçəsinədək)
– 28 May küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinədək)
– Dilarə Əliyeva küçəsi (Kövkəb Səfərəliyeva küçəsindən Bülbül prospektinədək)
– Mirzəağa Əliyev küçəsi (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinədək)
– Kövkəb Səfərəliyeva küçəsi
– A.S.Puşkin küçəsi
– Nəsimi rayonu Droqal döngəsi
– Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi (Atəşgaha gedən yol)
– Mehdiabad-Digah-Məhəmmədli avtomobil yolu (Yanardağa gedən yol)
– Salyan şosesi (Bibi-Heybət şosesindən Lökbatan dairəsinədək)
– Zığ şosesi (Beton yol)
– Nazim Hikmət küçəsindən Xarici dairəvi avtomobil yoluna çıxışda genişləndirmə işləri
– Beynəlxalq Avtovağzaldan Xarici dairəvi avtomobil yoluna çıxış
– Şamaxı yoluna çıxış (DYP-nin Ekologiya postundan Hökməli dairəsinədək).
Təmiri aparılmış küçə və prospektlərin ümumi sahəsi 1 148 000 m2 təşkil edir.