Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/15/2025

Paylaşın

GÜNDƏM

Bakı yeni ilə belə hazırlaşır

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Baki-baku.az-a bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir. Aparılan bəzədilmə işləri paytaxtın gecə mənzərəsinə xüsusi gözəllik qatır.

Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhval-ruhiyyəsi olduqca yüksəkdir. Buna uyğun olaraq da şəhərimizdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov, mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir sıra digər ərazilər də bayramla bağlı xüsusi zövqlə bəzədilir.
“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb. Bu, şəhərin simvolik məkanlarından biri olan “Azneft” dairəsində bayramın qeyd edilməsinə dair formalaşmış ənənəni yaşadır və buraya gələn vətəndaşları, eləcə də turistləri möhtəşəm və yaddaqalan bir bayram görüntüsü ilə qarşılayır. Həmçinin Mərkəzi park və “Antena” sahəsi kimi tanınan parklarda da paytaxt sakinləri və şəhərin qonaqlarının mənalı və xoş istirahəti üçün gözəl şəkildə bəzədilmiş şam ağacları quraşdırılır.

Bundan əlavə, paytaxt rayonlarının bir çox mərkəzi və onlara bitişik küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.
Bu hazırlıqlar yalnız bayram əhval-ruhiyyəsinin yaradılması ilə kifayətlənmir, eyni zamanda Bakı şəhərinin estetik gözəlliyini, müasir simasını və mədəni zənginliyini bir daha nümayiş etdirir.


“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda dekabrın 14-nə olan hava proqnozu açıqlanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin