Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/27/2025

Paylaşın

TARİX

Bakı – tramvay üçün darıxan şəhər

0001

Bakı – daim gələcəyi qabaqlayan şəhərdir.Bu şəhərdə elektrik lampası Avropanın bir çox paytaxt şəhərlərindən daha əvvəl yandı.Paytaxtın neft buruqları səmaya doğru yüksəlirdi – dünya isə hələ sənaye dövrünə keçməmişdi.Məhz bu şəhərdə – nə Moskvada, nə də Leninqradda (hazırda Sankt – Peterburq) – SSRİ-də ilk elektriklə işləyən tramvay yarandı. Xəzər sahilində yerləşən paytaxt şəhərdə relslər təkcə daşlardan salınan küçələrdən deyil, zamanın içindən keçib gedirdi.

Tramvay sadəcə nəqliyyat vasitəsi deyildi – həmçinin gələcəyə doğru irəliləyiş idi. Bakı hər zaman bilirdi ki, xəyal etməyi və hərəkətə keçməyi bacaranlar tərəqqi yolunu seçir.

Baki-baku.az yazır ki, 1924-cü il fevralın 8-də şəhərin küçələrindən ilk dəfə olaraq tramvay keçdi – Moskvadan və Leninqradda hələ bu nəqliyyat növü fəaliyyət göstərmirdi.Bakı bu addımı öz gücünə atdı: nə xarici kapital cəlb olundu, nə də israfçılığa yol verildi. İnkişaf etmək üçün möhtəşəm iradə nümayiş etdirildi.Tikinti işləri ən çətin, aclıq içərisində keçən illərdə aparılırdı.İnsanlar ac-susuz yaşayırdı, lakin hər axşam fəhlələr, müəllimlər, qulluqçular, məktəblilər relslərin döşənməsi ilə məşğul olurdular. Cəmi səkkiz ay ərzində ilk xətt hazır oldu. Mühəndislər onu “möcüzə” adlandırırdı. Materiallar SSRİ-nin hər yerindən gəlirdi: Donbasdan, Moskvadan, Xarkovdan… Tikinti işlərinin mərkəzi və ürəyi isə Bakı idi.

Bəzədilmiş tramvay vaqonu il dəfə olaraq həyəcanla onun keçidini gözləyən insanların arasında sözün əsl mənasında özünə “yol açaraq” keçdi. İlk bir neçə saat ərzində gediş haqqı pulsuz idi. Həmin hadisə həqiqətən də ümumxalq bayramına çevrildi!

İlk tramvay vaqonları təkcə yenilik deyildi, həm də şəhərə gözəllik bəxş edirdi. Korpusun xətlərində modern üslubun, “gümüş dövr” poeziyasının ruhu duyulurdu. Kiçik memarlıq inciləri olan dayanacaqları da “vağzal” adlandırdılar. Bakı nəqliyyat növünü incəsənətə çevirdi.

Bakıda tramvay dövrünün yüksəlişi:

1924-cü il – 5 marşrut, 35,9 km məsafə, 72 vaqon

1930-cu il – 7 marşrut, biri iki halqalı (sağ və sol)

1939-cu il – rekord göstərici: 117 km tramvay yolları.

Tramvay şəhər əhalisinin sevimlisi nəqliyyatına çevrildi. Faktlar da öz sözünü deyir:

1920-ci ildə konkada (atla hərəkətə gətirilən tramvay xətti) 9,9 milyon sərnişin daşınmışdısa,

1925–1926-cı illərdə tramvaylar artıq 50 milyondan çox sərnişin daşımışdı. SSRİ şəhərləri arasında sərnişin daşınması sahəsində Bakı xeyli irəliləmişdi.

XX əsrin ikinci yarısının Bakı atmosferini küçələrin kəsişmələrində tramvay zənglərinin səsi olmadan təsəvvür etmək çətindir. 2004-cü ildə bu ekoloji təmiz və heyrətamiz dərəcədə rahat nəqliyyat növü Bakının küçələrindən yox oldu – şəhər də fərqinə varmadan ruhunun bir parçasını itirdi. Bəli, 90-cı illərdə tramvayları avtobuslar, metro və hətta trolleybuslar sıxışdırdı. Bu gün isə artıq hər kəsə aydın olur: tramvaydan imtina edilməsi çox tələsik verilən qərar idi. Şəhər tıxaclarda boğulur, səs-küy getdikcə artır, paytaxtın havası çirklənmədən xilah olunacağı günü gözləyir. 27 dekabr 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda tramvay xətlərinin bərpası variantlarının araşdırılması üçün zəmin yaradan Sərəncam imzaladı. Gələcəyin şəhərini formalaşdıracaq əsas sənəd olan və artıq hazırlanmış Bakının Baş planı çərçivəsində addımlar atılır.

Bu gün artıq Bakı küçələrində tramvay vaqonlarının zəngləri eşidilmir. Son tramvay vaqonu bu şəhərdən çoxdan keçib – paytaxt öz seçimini avtomobillər və metronun xeyrinə etdi. Relslərlə birgə həmin səbirli, romantik şəhər ritmi də itdi – yol getmək sadəcə məsafə qət etmək deyildi, pəncərədən şəhəri seyr etmək, söhbətləşmək, təsadüfi yol yoldaşının təbəssümünü görmək idi.

Paradoks ondan ibarətdir ki, keçmiş SSRİ adlı məkanda insanlara ilk elektrik tramvayını bəxş edən paytaxt şəhər bu gün həmin nəqliyyat vasitəsiz qalıb. Qırmızı vaqonların xatirəsi isə hələ də köhnə şəkillərdə və Bakı sakinlərinin hekayələrində yaşayır.

Bakı bir dəfə sübut edib ki, “mümkünsüz” sayılanı reallığa çevirmək sadəcə vaxt məsələsidir. Bir zamanlar birinci olmağı bacaran şəhər, itirdiyini geri qaytarmağı da bacarır. Bəlkə də bir gün yeni tramvay xətləri yenidən şəhərin küçələrində görünəcək – lakin artıq XXI əsr formatında: səssiz, ekoloji, müasir üslubda.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

30-cu illərindəhşətli repressiyalarının, Bağırov rejiminin üstündən illər, onillər ötsə də, o məhşum illərlə bağlı rəsmi sənədlər insanı ötən
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin