Bu ilin sentyabr ayında Azərbaycan paytaxtı mobil internetin sürətinə görə 7 pillə geriləyərək 122,03 Mbps sürətlə 151 şəhər arasında 85-ci yerdə qərarlaşıb.
Baki-baku.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (683,07 Mbps), sonuncu yeri Misrata (Liviya) (18,04 Mbps) tutub.
Hesabat ayında Bakı şəhərinin sabit genişzolaqlı internetin sürətinə görə mövqeyi əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 194 şəhər arasında 92,5 Mbps sürətlə 114-cü yerdə qərarlaşıb.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (418,36 Mbps) şəhəri başçılıq edib. Sonuncu pillədə Herat (4,43 Mbps) qərarlaşıb.