Nəşr edilmişdir 11/06/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakı metrosunda iş rejimi dəyişdiriləcək

Metro

“COP29 dövründə Bakı metropolitenində gücləndirilmiş iş rejiminin xüsusiyyəti dəyişdiriləcək”.
Baki-Baku.az Oxu.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, stansiyalar 3 gün – noyabrın 11-13-də sərnişinlərin girişinə səhər saat 5-də açılacaq:
“Tədbir dövründə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının ənənəvi növbətçilik cədvəlindən əlavə olaraq, stansiyalar və sahələr üzrə təhkim olunmuş əlavə işçi qüvvəsi ayrılacaq. Əsas məqsəd ehtiyac yaranacağı təqdirdə, sərnişin axını istiqamətlərini tənzimləmək, mühəndis-texniki qurğuların fəaliyyəti ilə bağlı operativ qərarların qəbulunu daha da sürətləndirmək və digər zəruri tədbirləri görməkdir.
Sərnişinlərin COP29 məkanlarına, eləcə də, stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətlər üzrə hərəkətini daha rahat təşkil etmək, Bakı metropolitenindən istifadə, gediş haqqının ödənilməsi və digər qaydalar barədə maarifləndirmə işini qurmaq məqsədilə 10 metropoliten stansiyasında COP29 Əməliyyat Şirkətinin təşkil etdiyi könüllülər hərəkatının üzvləri növbəli rejimdə fəaliyyət göstərəcəklər.
COP29 Əməliyyat Şirkətinin müraciətinə əsasən, noyabrın 11-13-də Bakı metropoliteninin stansiyaları səhər saat 05:00-dan sərnişinlərin girişinə açıq olacaq. Bununla yanaşı, həmin günlər ölkəmizdə qeyri-iş günü elan edilsə də, Bakı metropolitenində qatarların hərəkət qrafiki adi iş günlərinə uyğun qurulacaq. Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov” – “28 May” sahəsində qatarların hərəkəti səhər saatlarında 07:00-dan 10:00-dək, axşam saatlarında isə 17:30-dan 19:30-a qədər 2 dəqiqə intervalla təşkil ediləcək.
“Yaşıl” və “Qırmızı” xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (“Yaşıl xətt”) və “İçərişəhər” (“Qırmızı xətt”) istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq. Qeyd edək ki, bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə adi iş günlərində tətbiq olunan mümkün ən optimal hərəkət qrafikidir.
“Həzi Aslanov” – “28 May” sahəsində interval günorta vaxtı 2.5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru 3 dəqiqə və daha çox təşkil edəcək. İstirahət günlərində qatarlar arasında interval fərqli qaydada tənzimlənəcək: saat 7:00-dan 21:00-a qədər olmaqla, şənbə günləri 2.5 dəqiqə, bazar günləri isə eyni saatlarda 3 dəqiqə təşkil edəcək.
“Bənövşəyi xətt” üzrə qatarlar arasında intervallar “Avtovağzal” – “8 Noyabr” sahəsində 8 dəqiqə, “Xocəsən” – “Avtovağzal” yol mənzilində isə 16 dəqiqə təyin edilib.
“Bakmil” stansiyasına və əksinə qatarların hərəkət cədvəlləri noyabr ayının 11-13-də iş günləri qrafikinə uyğun tənzimlənəcək.
COP29-un keçiriləcəyi digər günlər ərzində Bakı metropolitenində qatarların hərəkəti ənənəvi payız-qış qrafikinə uyğun tənzimlənəcək”, – deyə sədr müavini qeyd edib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən

xəbərlər

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda deyilir: “Zəfər tariximiz

xəbərlər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının

xəbərlər

Ən son

GÜNDƏM

Noyabrın 7-də Yer kürəsini G1 sinfinə aid zəif maqnit qasırğası bürüyəcək.Baki-baku.az RBC.ru-ya istinadən xəbər verir

DİGƏR XƏBƏRLƏR

“COP29 dövründə Bakı metropolitenində gücləndirilmiş iş rejiminin xüsusiyyəti dəyişdiriləcək”.Baki-Baku.az Oxu.az-a istinadən xəbər verir ki, bunu

ƏSAS XƏBƏRLƏR

8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə