Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/23/2026

Paylaşın

GÜNDƏM

Bakı metrosu 300 yeni vaqon alınmasını müzakirə edib

“Bakı Metropoliteni” QSC və İsveçrənin “Stadler Rail Group” şirkəti minimum istismar xərcləri olan 300-ə qədər yeni vaqonun alınmasını müzakirə edib.
Baki-baku.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, müzakirələr qurumun İdarə Heyətinin (İH) sədri Vüsal Aslanov və “Stadler Rail Group”un İH-nin sədri Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə aparılıb.
Tərəflər 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görüləcək işləri də nəzərdən keçirib. Layihələrin beynəlxalq maliyyə institutlarının dəstəyi ilə həyata keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
Bununla yanaşı, hərəkətin idarə olunması üçün müasir işarəvermə sistemlərinin (CBTC) Bakı metrosunda yaradacağı müsbət təsirlər ətrafında fikir mübadiləsi aparılıb və bildirilib ki, cari ilin sonunda bu istiqamətdə tenderin elan olunması, prosesin isə 2028–2030-cu illəri əhatə etməsi planlaşdırılır.
P.Şpuler “Stadler”in müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və yeni texnologiyalar üzrə təcrübələri barədə məlumat verərək bu bilikləri Azərbaycanla bölüşməyə hazır olduqlarını qeyd edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nərimanov rayonu, Faiq Yusifov 40 ünvanında əkilən yeni ağaclar identifikasiya ilə qeydiyyata alınıb.

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında aprelin 20-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında aprelin 20-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin