Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/26/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Bakı metropolitenində iş rejimində dəyişiklik olacaq

Metro

Bakı metropoliteni noyabrın 28-də Azərbaycanı UEFA Avropa Liqası turnirinin əsas mərhələsində təmsil edən “Qarabağ” futbol klubunun oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimində çalışacaq.
Baki-Baku.az bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki.
Məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında və Bakı metropoliteninin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, stansiyaların iş rejimi bir saat uzadılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də başlanacaq qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Oyun ərəfəsində stansiyada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi üçün əlavə işçi qüvvəsi cəlb olunacaq.
Azarkeşlərin mənzilbaşına rahat çatdırılması və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.
Qatarların hərəkəti oyun yekunlaşdıqdan sonra xüsusi qaydada tənzimlənəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.

Ən son

GÜNDƏM

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.

GÜNDƏM

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin