Nəşr edilmişdir 11/04/2024

Paylaşın

ETNOQRAFIYA

Bakı lüğəti

Bakı Lüğəti

Ötən məqalədə sizinlə həftəlik Bakı lüğətindən sözlər paylaşacağımızı qeyd etmişdik. Bunun məqsədi dilimizi təmiz bilmək və nitqimizi mükəmməlləşdirmək ilə yanaşı, həm də gözəl nitqə sahib olmaqdır.

 Araşdırmalar göstərir ki, özünü ifadə etmək üçün insan gündəlik 16000 sözlə kifayətlənir. Lakin ana dilimizdə səlis danışmaq üçün səy göstərməklə biz fikrimizi aydın və dəqiq ifadə edə bilərik.

 Aşağıda sizə təqdim etdiyimiz sözlər təkcə Bakılıların dialekti deyil. Bu sözlərin bəziləri arxaikləşmiş olsa belə gündəlik həyatda öz yerin tapacaq ifadələrdir.

Xeyrat – 1. rifah, nemət;

2. var-dövlət, sərvət;

3. yaxşılıq;

4. ehsan;

5. məc. lazımsız əşya, nə isə bir şey.

~Xeyrat ha, ilişib balağıma çıxmaq bilmir.

İxtilat  – 1. şirin söhbət, qadınların mehribancasına söh­bət­­ləri;

2. yaxın qohumların, yəni, 30-40 insanın iştirak etdiyi şənlik, yığıncaq, toy.

~Əligildə dünən ixtilat vardi. 

Kambud – 1. bədən;

2. gövdə;

3. qəlib, forma.

Qada-bala  dərd, bəla, bədbəxt hadisə.

~Qada-bala səndən irağ olsun.

Lou  1. yas;

2. bəla;

3. dava, söz-söhbət.

~Getdim gördim ki, öylərində bir lou var ki, gəl görəsən.

Madar  1. tək;

2.Ərəb sözü olub peşə, güzəran;  

~Madar eliyiriy.

3. əşya, mal.

~Gəlib aparmır mal-madarını

Nəleyin – arxası olmayan, evdə geyilən qadın ayaqqabı növü. Alt his­səsi bir az hündür və düz olur.

Ouğa – su yığılan yer, kiçik nohur.

~Üsdüm bütün batdı. Yaxçıdı ki, ouğa yıxılmadım.

Ögəc – üç illik qoyun. Bu söz eyni məna ilə “Dədə Qorqud” das­ta­nında da işlənmişdir.

Pakizə – 1. təmiz, səlqəli;

2. saf, ləkəsiz, xalis;

3. gözəl, əntiqə.

~Çox pakizə.

1-ci hissə

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan TÜRKSOY-un təşkilatçılığı ilə dünyada ilk dəfə həyata keçiriləcək bir layihəyə start verib.

Ən son

GÜNDƏM

Son illər dünyada gənclər arasında təhsilə və çalışmağa maraq azalır. Bu gənclər həyatlarını valideynlərinin maliyyə

GÜNDƏM

Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb və müvafiq qurumlara təqdim olunub.Baki-baku.az

GÜNDƏM

2025-ci ildə “Bitcoin” (BTC) 100,000 dollar səviyyəsində sabitləşdi, bu isə əvvəllər inanılmaz görünürdü. Lakin bu