Nəşr edilmişdir 10/01/2024

Paylaşın

XƏBƏRLƏR

Bakı Beynəlxalq Film Festivalında 26 ölkənin filmi nümayiş ediləcək

4-8 oktyabr tarixlərində 15-ci Bakı Beynəlxalq Film Festivalı keçiriləcək.

“BakıBaku” APA-ya istinadən xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze Festival”ının (BCB) bir hissəsidir.

Tədbirdə 8-ci “DokuBaku” Beynəlxalq Film Festivalı, 7-ci “ANIMAFİLM” Beynəlxalq Animasiya Festivalı, “Cinemo” kimi tanınmış festivallar iştirak edir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Bu il Festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11: 00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.

15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın Beynəlxalq müsabiqəsində debüt tammetrajlı bədii və qısa filmlər yarışır.

Festivalın Yerli müsabiqəsinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqə çərçivəsində tələbələr ayrıca nominasiyada yarışmaq imkanı qazanırlar. Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışır.

Qeyd edək ki, festivalın açılış mərasimi oktyabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Quacquarelli Symonds” (QS) 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali

xəbərlər

Ən son

XƏBƏRLƏR

COP29 ərəfəsində Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ

XƏBƏRLƏR

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a

XƏBƏRLƏR

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda