Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/31/2024

Paylaşın

GÜNDƏM

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində ilk – motorçu xanımlar

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiçilik sektorunda gender bərabərliyini və inklüzivliyi təmin etmək məqsədilə mühüm addım ataraq, ilk dəfə iki xanımı – Röya Ələkbərlini və İradə Astanovanı motorçu kimi işə qəbul edib.

Baki-baku.az ASCO-ya istinadən xəbər verir ki, onlar Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasının 2024-cü il məzunlarıdırlar. İradə Astanova sözügedən ixtisasın Azərbaycan dili bölməsində, Röya Ələkbərli isə ingilis dili bölməsində təhsil alıb. Hər iki xanımın hədəfli gələcəkdə baş mexanik vəzifəsinə yüksəlməkdir.

ASCO-nun insan resurslarının idarə edilməsi qaydalarına əsasən, test imtahanı və müsahibəni uğurla keçən bu xanımlar donanmanın işçi ehtiyaclarına uyğun olaraq işə qəbul olunublar. İradə Astanova “Prezident Heydər Əliyev” tankeri, Röya Ələkbərli isə “Culfa” tankerində fəaliyyətə başlayıb. Bu gəmilər Xəzər dənizinin ən böyük tankerlərindən sayılır.

Qeyd edək ki, bundan əvvəl ASCO inklüzivlik prinsiplərini əsas götürərək, ADDA məzunu olan ilk xanım matrosunu işə qəbul etmişdi. Matros Nuranə Əkbərzadə hazırda Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində uğurla çalışır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

– Bakıya arzunuz? – Qayıt , darıxıram...

Ən son

TARİXİMİZ

Baki-baku.az tarixi-dini abidələrin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə nəzər yetirir.

TARİXİMİZ

Baki-baku.az tarixi-dini abidələrin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə nəzər yetirir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin