Azərbaycan xalq təbabətinin tarixi yalnız şəfalı otlar və qədim dərman reseptlərindən ibarət deyil, həmçinin əsrlər boyu insanla təbiətin sağlamlıq axtarışında birgə əməkdaşlığının canlı yaddaşıdır. Onlarla bitki və dəmləmələr arasında xüsusi yer tutan vasitələrdən biri də “gənəgərçək yağı” (“kastor yağı”) idi – həm sadə əhali, həm də təbiblər tərəfindən geniş istifadə olunan, qoxusu, dadı və gücü bütöv nəsillərin mədəni yaddaşına hopmuş bir müalicə vasitəsi kimi tətbiq edilirdi. Gənəgərçək yağı zəhərli toxumdan şəfa mənbəyinə, xoşagəlməz dadlı içkidən etibarlı dərman vasitəsinə çevrilmişdi.
Baki-baku.az xəbər verir ki, Azərbaycanda gənəgərçək yağı yalnız qəbizlik zamanı deyil, həm də öskürək, bronxit və hətta yaraların sağaldılması üçün universal dərman kimi istifadə edilirdi.
Haqqında sözügedən yağın alındığı gənəgərçək bitkisinin (Ricinus communis) vətəni Afrika hesab olunur, oradan Misir və Hindistan vasitəsilə Qafqaza gəlib çıxıb. Azərbaycan kəndlərində bitki 1,5 metrədək boy atır, avqustda bar gətirir və möcüzəvi dərmanın alınması üçün xammal hesab edilən toxumlar verir.
Gənəgərçək yağının istifadə formaları:
Daxilə – zəhərlənmə və qəbizlik zamanı güclü işlədici kimi (təsiri 5–6 saatdan sonra hiss olunurdu);
Xaricə – öskürək zamanı döş qəfəsinə sürtülür, yanıqlar və yaralar yumşaldılır, həmçinin Vişnevski mazına tətbiq edilib;
Gözəllik vasitəsi kimi – saçların bərkiməsi və uzanması üçün istifadə olunurdu.
Xalq təbabətində gənəgərçək yağı insan həyatını xilas edirdi, lakin yan təsirləri də var idi: xoşagəlməz dad, gəyirmə və tez-tez qəbulu zamanı asılılıq yaradırdı. Buna görə də yağı jelatin kapsullarına dolduraraq, qəhvə və ya şərabla qarışdıraraq istifadə edirdilər, uşaqlara isə mürəbbə ilə verirdilər.
Afrika plantasiyalarından Azərbaycan kənd apteklərinə qədər uzun yol qət edən gənəgərçək yağı xalq təbabətinin ikili təbiətinin rəmzinə çevrilmişdi: dadı acı, təsiri isə şəfaverici. Bu gün apteklərdə onlarla yumşaq və daha xoş dadı, ətri olan alternativlər mövcud olsa da, gənəgərçək yağı haqda əfsanə yaşayır və bu əfsanə sübüt edir ki, şəfa çox vaxt onu gözləmədiyimiz yerlərdə gizlənir.
Hacı Cavadov