Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/18/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Prezidenti latviyalı həmkarına təbrik məktubu göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.

Baki-baku.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

“Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan-Latviya münasibətlərinin xoş ənənələri vardır. Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar yaradır.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Köln kafedralı (Kölner Dom) nə təpənin başında gizlənib, nə də şəhərdən kənardadır.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də azərbaycanlı memar, professor, Əməkdar inşaatçı, Əməkdar elm xadimi, Azərbaycan

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də azərbaycanlı memar, professor, Əməkdar inşaatçı, Əməkdar elm xadimi, Azərbaycan
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin