Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/18/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb

Baki-baku.az xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir.
Əminəm ki, qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Ən son

Mədəniyyət

2026-cı ilin 30 oktyabr-1 noyabr tarixlərində Bakıda artıq ikinci dəfə təşkil olunan "Bakıya uçuş. İncəsənət

Mədəniyyət

2026-cı ilin 30 oktyabr-1 noyabr tarixlərində Bakıda artıq ikinci dəfə təşkil olunan "Bakıya uçuş. İncəsənət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin