Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/25/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Azərbaycan maarifçiliyinin simvolu – Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

IMG_8053

Bu gün Azərbaycan tarixinin ən görkəmli xeyriyyəçilərindən və maarifpərvər şəxsiyyətlərindən biri – Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Onun adı təkcə böyük sərvət sahibi kimi deyil, xalqına xidmət edən vicdanlı insan kimi də yaddaşlara həkk olunub.


Baki-baku.az xatırladır ki, 1823-cü ildə Bakıda dünyaya gələn Zeynalabdin Tağıyevin həyatı heç də asan başlamayıb. Uşaqlıq illərində anasını itirməsi, ailənin ağır güzəranı onu erkən yaşlardan zəhmətə alışdırıb. Atasının təşəbbüsü ilə bənna yanında şagird kimi işləməyə başlayan Zeynalabdin, yeniyetmə yaşlarından halal zəhmətlə pul qazanmağın nə demək olduğunu öyrənib.
İllər keçdikcə o, sadə usta köməkçisindən bacarıqlı tikinti təşkilatçısına çevrilib. Gənc yaşlarında artıq öz tikinti işlərini idarə edən Tağıyev, gördüyü işlərə şəxsən nəzarət etməsi ilə seçilib. Onun tikdirdiyi binalar, xüsusən də sonralar inşa etdirdiyi qızlar məktəbi memarlıq üslubu və keyfiyyəti ilə dövrünün seçilən nümunələrindən olub.


Bir müddət sonra o, fəaliyyət sahəsini genişləndirərək ticarət və sənaye ilə də məşğul olmağa başlayıb. Bu sahələrdə qazandığı uğur Zeynalabdin Tağıyevi tədricən dövrünün ən imkanlı insanlarından birinə çevirib. Xüsusilə neft sənayesinə daxil olduqdan sonra onun adı Bakı neft tarixində mühüm fiqurlar sırasında çəkilməyə başlanıb. O, yaratdığı neft şirkətində işçilərə yüksək maaş verir, istehsalda ən müasir avadanlıqlardan istifadə edirdi.
Lakin Tağıyevin böyüklüyü təkcə qazandığı sərvətdə deyildi. O, var-dövlətini xalqın maariflənməsi və rifahı üçün xərcləməyi özünə borc bilirdi. 1901-ci ildə Bakıda Şərqdə və bütün Qafqazda ilk dünyəvi qızlar məktəbinin tikilməsi məhz onun adı ilə bağlıdır. Bu addım o dövr üçün cəsarətli və tarixi bir qərar idi. Tağıyev həmçinin müxtəlif xeyriyyə cəmiyyətlərinin yaradılmasına dəstək göstərib, Bakı-Şollar su kəməri kimi mühüm layihələrə şəxsi vəsaitindən böyük məbləğlər ayırıb.


1920-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra onun da bütün mülkləri əlindən alınıb. Bir zamanlar milyonçu olan bu insan ömrünün son illərini sadə şəraitdə yaşamağa məcbur qalıb. Buna baxmayaraq, o, xalqın yaddaşında ləyaqətli və səxavətli bir şəxsiyyət kimi qalıb.
Hacı Zeynalabdin Tağıyev 1924-cü ildə vəfat edib. Onun xatirəsi bu gün də böyük ehtiramla anılır. 2023-cü ildə Bakıda ucaldılan abidəsi isə xalqın ona olan dərin minnətdarlığının rəmzidir.
Bu gün biz təkcə bir xeyriyyəçinin doğum gününü deyil, bütöv bir dövrün vicdanını və mərhəmətini xatırlayırıq. Hacı Zeynalabdin Tağıyev adı Azərbaycan tarixində əbədi yaşayacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tiune Sugihara məhz həmin nadir insanlardan biridir. Bu gün onun adı İsraildə, Avropada və Yaponiyada hörmətlə çəkilir, halbuki

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin