Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/22/2026

Paylaşın

GÜNDƏM

Azərbaycan ilə Latviya arasında imzalanmış sənədlər mübadilə edilib

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Baki-baku.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul etdilər.
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və Latviyanın daxili işlər üzrə dövlət naziri Dimitrijs Trofimovs mübadilə etdilər.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi”ni Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Latviyanın xarici işlər naziri Baiba Braze mübadilə etdilər.
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı”nı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi Guntis Pujats mübadilə etdilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"European Tobacco-Baku" ASC ləğv olunduğunu elan edib.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib

GÜNDƏM

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin