Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/02/2026

Paylaşın

İdman

Azərbaycan çempionatlarında ilin ilk oyunlarının vaxtları bəlli olub

IMG-20260102-WA0039

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında 2026-cı ilin ilk oyunlarının vaxtı açıqlanıb.

Bu barədə Baki-baku.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Kişilərin yarışında VIII tura yanvarın 6-da “Neftçi” – “Gənclər” matçı ilə start veriləcək.

Qarşılaşma saat 16:00-da başlanacaq. Saat 18:00-da “Ordu” – Murov Az Terminal” görüşü keçiriləcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında olacaq. VIII turun “Gəncə” – “Milli Aviasiya Akademiyası” matçı yanvarın 9-da saat 15:00-da start götürəcək. Bu oyun isə Gəncə İdman Sarayında təşkil ediləcək.

Yanvarın 9-da, saat 16:00-da, FHN-nin idman zalında II turdan təxirə salınmış “Azerreyl” – “Gənclər” qarşılaşması baş tutacaq.

Qadınların mübarizəsində isə VI turdan təxirə salınmış matç yanvarın 6-da olacaq. Saat 17:00-da “Murov Az Terminal” – “Abşeron” oyunu keçiriləcək. VIII turun “Turan” – “Azerreyl” görüşü yanvarın 8-də saat 14:00-da, “DH Volley” – UNEC qarşılaşması saat 18:00-da keçiriləcək. “Gəncə” – “Milli Aviasiya Akademiyası” dueli isə yanvarın 9-da saat 15:00-da başlanacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda yanvarın 2-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Bakıda yanvarın 3-də havanın əsasən yağmursuz olacağı, bəzi rayonlarda isə qar yağacağı gözlənilir.

GÜNDƏM

Bakıda yanvarın 3-də havanın əsasən yağmursuz olacağı, bəzi rayonlarda isə qar yağacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin