Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması qərarı qəbul olundu.
Baki-baku.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya dövlət başçılarının”Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün yekun bəyanatında qeyd olunub.
“Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlətlərinin möhkəm dostluq əlaqələri, qarşılıqlı faydalı tərəfdaşlıq və strateji maraqlarını nəzərə alaraq, tərəflər Azərbaycan Respublikasının Mərkəzi Asiyanın dövlət başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakını alqışlayırlar”, – bəyanatda deyilir.