Nəşr edilmişdir 11/04/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Azadlıq meydanındakı “Formula-1″ə aid tikili və qurğular tam sökülüb

Azadlıq meydanı açılıb

Bakıda 2020-ci ildən bağlanan Azadlıq meydanı açılıb.
Baki-baku.az Modern.az-a istinadən xəbər verir ki, burada “Formula-1” üzrə milli Qran-prinin keçirilməsinə xidmət edən qurğular tamamilə sökülüb və ərazidən yığışdırılıb.
Qeyd edək ki, hər il keçirilən “Formula-1” yarışları başa çatandan sonra Bakı Şəhər Halqası ətrafında təhlükəsizlik məqsədilə quraşdırılmış beton baryerlər sökülsə də, Azadlıq meydanındakı tikiliyə toxunulmur və növbəti ilə saxlanılırdı.
Xatırladaq ki, ilk yarış 2016-cı ildə keçirilib, amma 2018-ci ildə Azadlıq meydanındakı qurğular sökülüb və meydanda cümhuriyyətin 100 illiyi münasibətilə hərbi parad keçirilib. 2020-ci il dekabrın 10-da Azadlıq meydanında Qələbə paradı keçirilərkən də buradakı tikililər sökülüb.
Bundan sonra yenidən quraşdırılan qurğular sökülmürdü, indi isə həmin qurğular bir daha bütünlüklə sökülüb və Azadlıq meydanı tam şəkildə boşaldılıb.
Məlumata görə, Azadlıq meydanında aparılan təmizlik işləri 11-22 noyabr tarixləri aralığında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədardır.
Azadlıq meydanı Bakının ən böyük meydanıdır, 1952-ci ildə şəhərin mərkəzində Hökumət Evinin tikintisindən sonra, onun qarşısında geniş meydan salınıb. 1960-cı ildə meydanın qarşısında Leninin heykəli ucaldılıb və meydana Leninin adı verilib.
İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılıb. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanında Sovet hökumətinin Azərbaycana qarşı apardığı siyasətə etiraz əlaməti olaraq ölkə ictimaiyyətinin mitinqi başlanıb.
20 Yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edilib, daha sonra isə rəsmiləşdirilib. Hökumət evinin qarşısındakı Leninin nəhəng heykəli aşırılıb və onun yerində Azərbaycan bayrağı dalğalandırılıb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.Baki-Baku.az xəbər verir ki,

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri

GÜNDƏM

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında