Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Az su içməyin gözlənilməz nəticəsi: Stress hormonunu artırır

Müntəzəm olaraq kifayət qədər maye qəbul etməmək bədənin stresə reaksiyasını gücləndirə bilər.

Baki-baku.az xəbər verir ki, American Journal of Physiology-Endocrinology and Metabolism jurnalında dərc olunmuş yeni araşdırmada bu qənaətə gəlinib.

Təcrübədə 32 nəfər könüllü iştirak edib. Onların bir qismi gündə orta hesabla 1,3 litr, digər qismi isə 4 litrdən çox su içib. Standart stress testi zamanı az su qəbul edən iştirakçılarda stress hormonu – kortizolun səviyyəsi daha kəskin artıb. Daha çox su içənlərdə isə bu artım nisbətən zəif müşahidə olunub.

Alimlərin fikrincə, orqanizmin kifayət qədər nəmlənməməsi (məsələn, sidiyin tünd rəngdə olması) birbaşa endokrin sistemin fəaliyyətinə təsir göstərir. Bu isə uzunmüddətli perspektivdə sağlamlıq üçün əlavə risklər yarada bilər.

Mütəxəssislər bildirirlər ki, düzgün maye qəbulu rejimi stressin təsirini azalda bilər və psixofizioloji tədqiqatlarda nəzərə alınmalıdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil

Ən son

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin