Nəşr edilmişdir 09/25/2024

Paylaşın

XƏBƏRLƏR

Azərbaycanın media nümayəndələri Daşkəndin görməli yerləri ilə tanış olublar

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi” çərçivəsində Azərbaycanın media nümayəndələri üçün mediatur təşkil olunub.

“BakıBaku” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan mediasının nümayəndələri Daşkəndə səfərlərinin ilk günü Özbəkistan paytaxtının zəngin tarixini və müasir inkişafını əks etdirən tarixi məkanlarda və mədəni obyektlərdə olublar.

Əvvəlcə, qonaqlar 1966-cı ildə baş vermiş dağıdıcı Daşkənd zəlzələsi qurbanlarının xatirəsinə 1970-ci ildə ucaldılmış “İgidlik” memorial kompleksini ziyarət ediblər.

Mərkəzi Asiyanın ən qədim İslam abidələrindən biri olan “Minor” məscid kompleksi öz memarlıq üslubu və mənəvi ab-havası ilə azərbaycanlı jurnalistləri heyran edib. Qeyd olunub ki, bu kompleks dini mərkəz olmaqla yanaşı, həm də bəşəriyyətin mədəni sərvətidir.

Sonra jurnalistlər Daşkəndin ən böyük mədəniyyət və memarlıq abidələrindən biri olan Əbubəkr Qəffal əş-Şaşi mavzoleyində olublar. Bu abidə Özbəkistan paytaxtının qədim rayonunda yerləşən “Həzrəti İmam” memarlıq kompleksinə daxildir. Qonaqların diqqətinə çatdırılıb ki, Əbubəkr Qəffal əş-Şaşi müsəlman aləmində ilk imamlardan biri, “Quran”ın, hədislərin və İslam hüququnun bilicisi kimi tanınırdı.

Qonaqlar Özbəkistan paytaxtının xalq arasında “Daşkəndin Venesiyası” kimi tanınan ən məşhur məhəllələrindən birində də olublar. Onlara məlumat verilib ki, böyük Kalkavuz kanalı (onun adı Firdovsinin “Şahnamə” epik poemasının personajı fars hökmdarı Keykavusla bağlıdır) 48 daha kiçik qollara ayrılır.

Jurnalistlər, həmçinin Daşkəndin məşhur “Çorsu” bazarında yerli məhsulların müxtəlif çeşidləri və sənətkarlıq nümunələri ilə tanış olublar.

Media nümayəndələri Daşkəndin gecə həyatına da qərq olublar. Musiqili fəvvarə qonaqların xüsusi marağına səbəb olub. Ritmik musiqi ilə müşayiət olunan işıqların və suyun ahəngi onlarda unudulmaz təəssürat yaradıb. İşıqlı küçələrdə gəzintiyə çıxan qonaqlar binaların memarlıq üslubu, onların kontrastı, habelə qədim ənənələrin müasir həyatla vəhdətini müşahidə ediblər.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Quacquarelli Symonds” (QS) 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali

xəbərlər

Ən son

XƏBƏRLƏR

COP29 ərəfəsində Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ

XƏBƏRLƏR

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a

XƏBƏRLƏR

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda