Nəşr edilmişdir 12/29/2024

Paylaşın

GÜNDƏM

“Azərbaycan Dəmir Yolları” bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycan Dəmir Yolları

Qeyri-iş günləri elan edilmiş 30 dekabr – 5 yanvar tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Baki-baku.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.

ADY bayram günlərində qatarla səfərlərə tələbatın artacağını nəzərə alaraq, sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə həmin günlərə əlavə reyslər təyin edilib.

30 dekabr – 5 yanvar tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar hər gün Bakıdan Ağstafa istiqamətinə saat 08:00, 09:15 və 18:00-da, Ağstafadan Bakı istiqamətinə isə hər gün saat 08:20, 16:40 və 17:00-da yola düşəcək.

Həmçinin tətil günlərini Qəbələdə keçirmək istəyənlər üçün 1 yanvar tarixi istisna olmaqla hər gün Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatar reysləri təşkil ediləcək. Belə ki, 30 dekabr və 3 yanvarda hər iki istiqamətdə, 31 dekabr və 4 yanvarda Bakıdan Qəbələyə, 2 və 5 yanvarda isə Qəbələdən Bakıya əlavə reyslər təyin edilib.

ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verəcək. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.

Hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Bayram günlərində ADY-nin 24/7 fəaliyyət göstərən 1822 əlaqə mərkəzi də gücləndirilmiş rejimdə çalışacaq.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. Baki-Baku.az

Ən son

ƏSAS XƏBƏRLƏR

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanında hazırlıq işləri başa çatıb.Baki-Baku.az-a Bakı Şəhər

GÜNDƏM

Bakı şəhərinin Xətai rayonunda sursatlar aşkarlanıb. Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən

GÜNDƏM

Azərbaycan ərazisində yanvarın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.Baki-baku.az xəbər verir ki, bu barədə