Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/17/2025

Paylaşın

GÜNDƏM

AYNA: Taksi kvotası sürücülərin iş yerini itirməsinə səbəb olmayacaq

Son günlər ictimaiyyətdə taksi kvotalarının tətbiqi ilə bağlı yanlış məlumatlar yayılmaqdadır. İnsanlar arasında belə bir fikir formalaşıb ki, kvota tətbiqindən sonra sürücülər iş yerlərini itirəcək, eləcə də avtomobillərin buraxılış kartları ləğv olunacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Baki-baku.az-a bildirilib ki, bu iddialar reallığı əks etdirmir və əsassızdır. Hazırda Bakı şəhərində taksi fəaliyyəti üçün 35 min aktiv buraxılış kartı istifadədir. Qeyd edək ki, Nazirlər Kabinetinin taksi nəqliyyat vasitələrinin sayına 25000 kvotanın tətbiq edilməsi heç bir aktiv buraxılış kartının ləğv olunmasına səbəb olmayacaq.
Buraxılış kartı yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda ləğv oluna bilər. Kvotaya uyğunlaşma “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək.
Qeyd edək ki, limit sürücülərin yox, nəqliyyat vasitələrinin sayına tətbiq edilir. Hazırda taksi daşımalarında sürücüyə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir.
Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən sürücülərin hazırlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar da davam edir. İmtahanda uğurlu nəticə əldə etmiş və şəhadətnamə almış şəxslər taksi fəaliyəti ilə məşğul ola biləcəklər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, göl suyunun rəngi bir neçə faktordan asılıdır

Ən son

GÜNDƏM

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma

GÜNDƏM

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin