Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/01/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

AYNA COP29 zolaqları ilə bağlı xəbərdarlıq edib

COP 29

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil olunub.
Baki-Baku.az xəbər verir ki, bu barədə AYNA tərəfindən məlumat verilib.
Bildirilib ki, 1 noyabr tarixindən 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Useynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.
“Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur”, – deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcəklər, eyni zamanda, onlara 3 bal yazılacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Geyim dreskodu — müəyyən bir sosial, peşəkar və ya mədəni mühitdə qəbul olunmuş geyim qaydalarının toplusudur.

Ən son

HƏR ŞEYDƏN

Lakin bütün bu şəraitin içində yaşamağı bacaran bir möcüzə var ki, onun adı kaktusdur.

HƏR ŞEYDƏN

Lakin bütün bu şəraitin içində yaşamağı bacaran bir möcüzə var ki, onun adı kaktusdur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin