Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/21/2026

Paylaşın

GÜNDƏM

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası təşkil olunub.
Bu barədə Baki-baku.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Şamaxı “ASAN Həyat” kompleksində baş tutan tədbir ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramının, IDEA İctimai Birliyinin və “Azərsun Kağız və Karton İstehsalat Korporasiyası”nın birgə təşkilatçılığı ilə keçirilib.
Məqsəd kağız tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aksiyada 200 tondan çox kağız tullantıdan hazırlanmış “Yaşıl dağ” təqdim edilib. Burada ASAN könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri və mədəniyyət guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri səsləndirilib.
7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan olan idarə və təşkilatlar, vətəndaşlar, məktəblilər qoşulublar.
Proqram çərçivəsində 11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib və nəticədə 40.800-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 600-dən çox ekoloji istiqamətdə layihə, 200-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 sentyabrda Bakıda, Atatürk Mərkəzində Türk Dünyası Qadın Şairlər Birliyinin təşəbbüsü ilə Türk dünyası qadın şairlərinin mötəbər görüşü

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin