Nəşr edilmişdir 12/31/2024

Paylaşın

GÜNDƏM

Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib

2 saylı Uşaq evi

Dekabrın 30-da Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət ediblər.

Baki-baku.az xəbər verir ki, ziyarət zamanı müəssisə sakinləri öz məharətlərini göstərib, hazırladıqları səhnəciyi, milli və xarici ölkələrin, cümlədən vətənpərvərlik ruhunda bir-birindən maraqlı rəqs nümunələrini nümayiş etdiriblər.

Şaxta baba və Qar qızın, o cümlədən cizgi film qəhrəmanlarının iştirakı isə uşaqların ovqatını daha da yüksəldib.

Arzu Əliyeva və Alena Əliyeva da uşaqların əyləncəsinə qoşulub, onların sevinclərini bölüşüblər.

Sonda 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə lazımi avadanlıqlar, balacalara isə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Həmçinin Arzu Əliyevaya balacaların adından xatirə hədiyyəsi təqdim edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dövrünü qabaqlayan din xadimlərinin açıqlamaları

Ən son

GÜNDƏM

Qadın orqanizmində “daş körpə” necə yaranır

GÜNDƏM

Qadın orqanizmində “daş körpə” necə yaranır