Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/18/2025

Paylaşın

GÜNDƏM

AQTA: “Yeni il hədiyyə qutuları alarkən diqqətli olun”

Yeni il hədiyyə qutularının satışının artması ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara müraciət edib.

AQTA-dan Baki-baku.az-a verilən məlumata görə, uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutuları yalnız mağazalar, yarmarkalar və digər rəsmi satış yerlərindən alınmalıdır.

“Bəzi hallarda qutunun üzərində göstərilən tarix içərisindəki məhsulların deyil, qablaşdırmanın tarixi olur. Ona görə də istehlakçılara qutudakı məhsulların etiket məlumatlarına diqqət yetirməsi tövsiyə olunur. Məhsulların üzərində istehsal tarixi, yararlılıq müddəti, adı, əmtəə nişanı, xalis çəkisi, qida dəyərliliyi, eləcə də istehsalçı müəssisənin adı və ünvanı aydın və oxunaqlı şəkildə göstərilməlidir.

Sadalananlarla yanaşı, hədiyyə qutularının qablaşdırılmasının deformasiyaya uğramamasına, əzilməməsinə və korlanmamasına diqqət yetirilməlidir. Xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejimi qorunmadıqda tez xarab olan yoğurtlar, kremli qənnadı məhsulları və kəsmik içlikli məmulatların bu cür qutulara yerləşdirilməsi məqsədəuyğun deyil”, – deyə müraciətdə vurğulanıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də şəhər sakinləri və qonaqların ən çox üz

Ən son

GÜNDƏM

Bu sözləri Baki-baku.az-a müsahibəsində qısa zamanda məşhurlaşan və açıldığı gündən bəri inanılmaz dadlı keyfiyyəti saxlayan

GÜNDƏM

Bu sözləri Baki-baku.az-a müsahibəsində qısa zamanda məşhurlaşan və açıldığı gündən bəri inanılmaz dadlı keyfiyyəti saxlayan
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin