Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/23/2025

Paylaşın

GÜNDƏM

Ankarada Musiqi və İncəsənət Universiteti ərazisindəki küçəyə Üzeyir Hacıbəylinin adı verilib

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.
Bu barədə Baki-baku.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunur ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi ölkəmizlə yanaşı, dünyanin bir sıra ölkələrində qeyd olunmaqdadır. Ü.Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.
Bu gün 23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin