Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/29/2025

Paylaşın

HƏR ŞEYDƏN

Ağlamamaq sağlamlığa zərər verə bilər

Bir çox insan yaşadığı emosiyaları içində saxlayaraq “göz yaşlarını udmağı” vərdişə çevirir. Lakin mütəxəssislər bu davranışın sağlamlıq baxımından ciddi risklər daşıdığını bildirirlər.

Baki-baku.az bildirir ki, psixiatr Yaqo Fernandesin Braziliya mətbuatına verdiyi açıqlamaya əsasən, emosiyaların ifadə olunmaması insanın psixoloji və fiziki vəziyyətinə mənfi təsir edir. O, xüsusilə vurğulayıb ki, ağlamağı saxlamaq və duyğuları bastırmaq onları yox etmir, əksinə, orqanizmin stres sistemini aktivləşdirir və insanı daimi gərginlik halına gətirir.

“İçimizdə saxladığımız hisslər – istər kədər, istər qəzəb, istərsə də qorxu – zamanla psixoloji pozğunluqlara, o cümlədən depressiya, təşviş pozuntuları və yuxusuzluq kimi hallara səbəb ola bilər”, – deyə Fernandes qeyd edib.

Bununla yanaşı, psixiatr əlavə edib ki, emosional blokajlar bədəndə xroniki ağrılar, daimi yorğunluq və immun sisteminin zəifləməsi ilə müşayiət oluna bilər. Əksinə, ağladıqdan sonra bədən daha rahat vəziyyətə keçir: parasimpatik sinir sistemi aktivləşir, bu da qan təzyiqinin azalması, ürək ritminin normallaşması və stresin təsirlərinin azaldılması ilə nəticələnir.

Mütəxəssis hər kəsi duyğularını sıxışdırmamağa, ağlamağın zəiflik deyil, sağlamlıq üçün təbii bir ehtiyac olduğunu qəbul etməyə çağırır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı… Səhər günəşinin Xəzər dalğalarına yansıdığı, küləyin qızılı saçları oynadan insanlarla dolu bir şəhər.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin