Nəşr edilmişdir 12/09/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Bakı Şəhər İcra Hakimiyyətində yeni kitabın təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində tanınmış tarixçi-alimlər, Millət vəkilləri, elm, mədəniyyət və din xadimləri, jurnalistlər, Vətən Müharıbəsi veteranları və qazilərin iştirakı ilə “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün əminliklə deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən yaradılan Azərbaycan dövlətinin iqtisadi-siyasi modeli özünü tam doğruldub.

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın davamı olaraq çap edilən yeni kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib. “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabında bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Əsgəran, Xocavənddə dövlət bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb. Nüfuzlu müəlliflər heyətinin məqalələrinin toplandığı kitab çox nəfis tərtibatda çap olunub.

Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatı Elman Nəsirov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə və digərləri yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar.

Yeni kitabin da bir sıra xarici dillərdə çapı nəzərdə tutulub.

BŞİH-nin Mətbuat Xidməti

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının qərarı ilə Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəza etməsi səbəbilə vəfat

Ən son

GÜNDƏM

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.Baki-baku.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov

GÜNDƏM

Milli Məclis “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif olunan dəyişiklikləri üçüncü – son oxunuşda qəbul edib.Baki-baku.az

İQTİSADİYYAT

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 67,8 milyon manat ayrılacaq.Baki-baku.az xəbər verir