Niaqara şəlaləsi Azərbaycan bayrağının fonunda işıqlandırılıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Niaqara şəlaləsi 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.