Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/05/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Diaqnostikada yenilik: Süni intellekt qorxulu xəstəlikləri aşkarlayacaq

IMG-20241205-WA0046

Rusiyada həkimlər təhlükəli beyin xəstəliklərini aşkar etmək üçün süni intellektin dəstəyindən istifadə edəcək.
Baki-baku.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, Rusiyanın “Rostex” dövlət korporasiyasından bildirilib ki, şirkətin texnoloji tərəfdaşı “NtechLab”la birlikdə hazırlanmış alqoritm həkimlərə başın MRT şəkillərini dağınıq skleroz əlamətləri üçün təhlil etməyə kömək edəcək.
“Onun köməyi ilə həkimlər tədqiqatları birbaşa internetə yükləyərək süni intellektin (Sİ) diaqnostik dəstəyini ala bilərlər. Tədqiqatın nəticələrinə əsasən, Sİ həkimin razılaşa və ya düzəliş edə biləcəyi fərziyyələr təklif edəcək. Diaqnoz haqqında məsuliyyət və qərar qəbulu həkimdə qalacaq”, – deyə məlumatda qeyd olunur.
Həmçinin platformanın 2024-cü ilin oktyabr ayının əvvəlindən pilot rejimdə işlədiyi vurğulanıb.
“Yaxın vaxtlarda platformaya beyinin MRT şəkilləri əsasında yeni törəmələrin diaqnostikası və adi ölçmələrin aparılması üçün “NtechLab” həllərinin inteqrasiyası planlaşdırılır. Platformada yerləşdirilmiş digər 12 süni intellekt xidmətinin köməyi ilə həkimlər döş qəfəsi, onurğa, sümüklər, oynaqlar, kəllə, beyin, süd vəzi və dərinin fotoları daxil olmaqla müxtəlif tibbi görüntülərdə mümkün patologiya əlamətlərini aşkar edə bilərlər”, – deyə elm adamları bildiriblər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son günlər ictimaiyyətdə taksi kvotalarının tətbiqi ilə bağlı yanlış məlumatlar yayılmaqdadır. İnsanlar arasında belə bir fikir formalaşıb ki,

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin