Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/26/2026

Paylaşın

GÜNDƏM

“AzParking” mobil tətbiqinə yeni funksiyalar əlavə edilib

“AzParking”

Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə “AzParking” mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub.

Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, dəyişikliklər istifadəçilərdən daxil olan müraciət, təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb və parklanma prosesini daha rahat və operativ həyata keçirmək məqsədi daşıyır.

Yeni versiyada təqdim olunan əsas dəyişikliklər:

–  Məntəqənin düzgünlüyünün təsdiqi – fərqli qiymət indeksli məntəqələrin yaxın yerləşdiyi kəsişmələrdə səhv seçimi azaltmaq üçün sessiyaya başlamazdan əvvəl məntəqənin təsdiqlənməsi.

–  İnternet bağlantısı xəbərdarlığı – bağlantı kəsildikdə, istifadəçiyə dərhal məlumatın verilməsi və yenidən yoxlama imkanının yaradılması.

– Xidməti parklanma xəbərdarlığı – istifadəçiyə yaxınlıqda xidməti avtomobillər üçün yerlərin olması barədə bildirişin göndərilməsi. Bu da sürücüyə düzgün yerdə park etmək imkanı yaradır.

– Canlı fəaliyyətlər – tətbiqi açmadan aktiv parklanma sessiyasının birbaşa telefonun kilid ekranından izlənilməsi.

– Xəritə görünüşü seçimi – məntəqəni daha rahat tapmaq üçün standart xəritənin və ya peyk görünüşününün seçilməsi.

Həyata keçirilən yenilənmə və təkmilləşdirmə sürücülərə parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirməyə imkan verir.

Tətbiqin inkişafı mərhələli şəkildə davam etdiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oktyabrın 24-də Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə "Torpaq" adlı qrup sərgisinin açılışı olub. Layihədə Cəbrayıl

Ən son

GÜNDƏM

Azərbaycan və Vyetnam arasında ali audit sahəsində rəqəmsal texnologiyaların tətbiqi müzakirə edilib.

GÜNDƏM

Azərbaycan və Vyetnam arasında ali audit sahəsində rəqəmsal texnologiyaların tətbiqi müzakirə edilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin