Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/26/2026

Paylaşın

GÜNDƏM

Gənc Tamaşaçılar Teatrında Xanım Aydının səhnələşdirdiyi “Pullu komediya”nın premyerası keçirilib

“Pullu komediya”

Oktyabrın 24-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Klod Manyenin “Oskar” pyesi əsasında, Xanım Aydının səhnələşdirməsində hazırlanmış “Pullu komediya” tamaşasının premyerası keçirilib.

Baki-baku.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqrafı Emil Əzizov, rejissor assistenti isə Nəsibə Canəliyevadır.

Tamaşada Əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva və Nəsibə Eldarova, həmçinin aktyorlar Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazım, İlhan Sadıqov və Venera Abbasova iştirak edirlər.

Hadisələr Bakıda sabun fabriki sahibinin ətrafında cərəyan edir. Dinamik süjet xətti və bir-birini əvəz edən komik situasiyalar tamaşaçılara xoş anlar yaşadır. Evlənmək və varlanmaq arzusunda olan Mənfəətin qarşılaşdığı gözlənilməz hadisələr təkcə onun deyil, digər qəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Bütün qarışıqlıqlara baxmayaraq, sonda məhəbbət qalib gəlir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqləyir.

Ən son

HƏR ŞEYDƏN

Dəhlizi keçib qapını açır və otağın ortasında dayanırsınız: bura niyə gəlmişdiniz?

HƏR ŞEYDƏN

Dəhlizi keçib qapını açır və otağın ortasında dayanırsınız: bura niyə gəlmişdiniz?
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin