Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/26/2026

Paylaşın

HƏR ŞEYDƏN

Matmata — evləri yerin altında gizlənən şəhər

IMG-20261026-WA0008

Təsəvvür edin: g ünəşin yandırıb-yaxdığı torpaqda addımlayırsınız, ayaqlarınızın altında isə kimsə nahar bişirir, dincəlir, yaxud qonaq qarşılayır. Tunisin cənubundakı Matmatada bu, tamamilə adi mənzərədir. Burada evlərin bir qismi yerin altında gizlənir, həyətləri isə yuxarıdan nəhəng quyuları xatırladır.

Yerli bərbərlər evlərini qeyri-adi üsulla tikirdilər. Əvvəlcə üstüaçıq həyət kimi istifadə olunacaq böyük bir çala qazırdılar. Daha sonra onun divarlarını oyaraq otaqlar, mətbəx və ərzaq saxlamaq üçün yerlər düzəldirdilər. İçəriyə maili keçidlə daxil olmaq mümkün idi. Bəzən bir neçə həyəti yeraltı dəhlizlərlə birləşdirərək evi kiçik bir labirintə çevirirdilər.

Bu memarlıq üslubu gözəllik üçün deyil, ehtiyacdan yaranmışdı. İsti iqlimdə torpaq təbii qoruyucu rolunu oynayırdı: yayda otaqlar sərin, qışda isə isti qalırdı. Üstüaçıq həyət evə işıq və hava verirdi. Günəş yerin səthini qızdırdığı vaxt içəridə bürküdən qorunmaq mümkün olurdu.

İlk baxışda diqqəti çəkməyən girişin arxasında rahat bir aləm gizlənirdi: ağardılmış divarlar, xalçalar, gil qablar, alçaq oturacaqlar. Yerin altında adi ailə həyatı davam edirdi. Bu tikinti ənənəsinin dəqiq yaşını müəyyənləşdirmək çətindir: nəsillər boyu evlər yenidən qurulur və genişləndirilirdi.

Matmatanın qeyri-adi görkəmi kinematoqrafçıların da diqqətini çəkib. Yerli “Sidi-İdris” mehmanxanasında “Ulduz müharibələri” filmi üçün Lyuk Skayuokerin ailəsinin yaşadığı evin daxili məkan səhnələri çəkilib. Beləcə, əsl bərbər evi uzaq Tatuin planetinin bir hissəsinə çevrilib.

Bu gün bəzi yeraltı evlərdə hələ də yaşayırlar, digərlərində isə səyyahları qəbul edirlər. Matmata bir həqiqəti xatırladır: rahat ev yaratmaq üçün insanın hər zaman daha hündür tikili ucaltmasına ehtiyac yoxdur. Bəzən sadəcə ayaqlarının altına nəzər salmaq kifayətdir.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb.

Ən son

GÜNDƏM

Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” hotelinə qədər olan ərazidə yeni

GÜNDƏM

Bakı şəhərinin Nəsimi rayonunda, 28 May küçəsində, “The Ritz-Carlton Baku” hotelinə qədər olan ərazidə yeni
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin