Azərbaycan Jurnalistlərinin IX qurultayında Mətbuat Şurasına (MŞ) Vüqar Zifər oğlu Əliyev yeni sədr seçilib.
Baki-baku.az xəbər verir ki, qurultayda yeni seçilən İdarə Həyətinin qərarı ilə Vüqar Zifəroğlu namizədliyi irəli sürülüb.
Səsvermənin nəticəsinə görə o, MŞ-nin yeni sədri seçilib.
Qeyd edək ki, Mətbuat Şurasının indiyə qədər sədri Rəşad Məcid idi.