Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/16/2026

Paylaşın

GÜNDƏM

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-dən 27-dək XII Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Nazirlikdən Baki-baku.az-a bildirilib ki, Bakı Ekspo Mərkəzində “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil ediləcək builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.

Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil ediləcək. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş platformalar fəaliyyət göstərəcək.

Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev "Rəqəmsal rabitə" informasiya sisteminin (RRİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman

Ən son

GÜNDƏM

Azərbaycan Jurnalistlərinin IX qurultayında Mətbuat Şurasına (MŞ) Vüqar Zifər oğlu Əliyev yeni sədr seçilib.

GÜNDƏM

Azərbaycan Jurnalistlərinin IX qurultayında Mətbuat Şurasına (MŞ) Vüqar Zifər oğlu Əliyev yeni sədr seçilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin