Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/15/2026

Paylaşın

GÜNDƏM

Bir sıra ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.

Baki-baku.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri və İnşaatçılar prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xəzər RETSİ-nə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi, Abşeron küçəsinin bəzi ərazilərində 35/6 kV-luq 491 saylı yarımstansiyada həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq ikidövrəli “Masazır-1” və “Masazır-2” hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 11:00-dan 16:00-dək 10 May küçəsi və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində yerləşən bir sıra yaşayış məntəqələrində enerjinin verilişi məhdudlaşdırılacaq.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bir vaxtlar küçələrin küncündə dayanan taksofonlar bakılıların ən yaxın rabitə vasitələrindən biri idi. Mobil telefonların olmadığı, hər evdə

Ən son

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin