Bakının Suraxanı və Binəqədi rayonlarında təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 14-də saat 08:00-dan Suraxanı rayonunun Hövsan qəsəbəsində Elvin Əlimov küçəsinin Ağadadaş Müniri küçəsi ilə kəsişməsindən 10-cu Hövsan küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Binəqədi rayonunda isə Binəqədi şossesinin Mehdiabad yolu ilə kəsişməsindən Zəngəzur küçəsi ilə kəsişməsinədək olan hissəsində oktyabrın 15-də saat 08:00-dan hərəkət qismən, oktyabrın 16-da saat 23:00-dan isə tam məhdudlaşdırılacaq.
Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.