Sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır.
Baki-baku.az bu barədə Fonda istinadən xəbər verir.
“Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək”, – deyə məlumatda qeyd olunub.