Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/12/2026

Paylaşın

GÜNDƏM

Bu gün “44” bədii filminin təqdimatı baş tutacaq

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində “44” bədii filminin təqdimatı keçiriləcək.

Baki-baku.az xəbər verir ki, film Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunub.

Ekran əsərinin məqsədi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə və tarixi yaddaşın qorunmasına töhfə verməkdir.

Filmin premyerası oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilib. Ekran əsəri bir kursantın gözü ilə təqdim olunan qəhrəmanlıq və məhəbbət dramıdır.

Filmin süjet xəttində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi təyinatlı qrupun komandiri polkovnik Ramazan Kərimovun hekayəsi yer alır. Əsərdə sevgi, şəxsi sınaqlar və hərbi əməliyyatlar paralel şəkildə təsvir olunur.

Bədii filmin rejissorları İsmayıl Səfərəli və Maksim Smetanadır. Ssenari müəllifi Anar Ələkbərov olan ekran əsəri Bakı Media Mərkəzi tərəfindən istehsal edilib və Heydər Əliyev Fondunun, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Aida xanım bütün ruhu, duyğuları, sevgiləri ilə Tanrının niqabını qaldırıb, dörd səma kitabının mələklərin qanadında Yer üzünə endirdiyi,

Ən son

GÜNDƏM

Baki-baku.az Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, bank layihəyə 350 milyon ABŞ dolları

GÜNDƏM

Baki-baku.az Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, bank layihəyə 350 milyon ABŞ dolları
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin